Devalvasiya: dünya təcrübəsi və Azərbaycan (SİYAHI)
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
Manat devalvasiyaya uğrayan yeganə valyuta deyil.
AzVision.az ilin əvvəlindən devalvasiyaya məruz qalan valyutaların siyahısını təqdim edir:
Qazaxıstan təngəsi - 85%;
Norveç kronu – 32,9%;
Kanada dolları – 19,9%;
Avstraliya dollar – 26,2%; Avro – 20%;
Belarus rublu – 54%;
Gürcü larisi – 35,3%;
Çin yuanı – 5%;
Cənubi Koreya vonu – 16,2%;
Yapon yeni – 21%;
Sinqapur dolları – 12%;
Türkiyə lirəsi – 32%;
Malayziya rinqqiti – 32,3%;
Azərbaycan manatı isə son 10 ayda 98% devalvasiya olub.
Ümumilikdə, dünyanın aparıcı valyutaları dollara nisbətdə ən azı 15% azalıb.
Eldar Tanrıverdiyev
AzVision.az