Xəzərdə yeni quyu istismara verilib

Xəzərdə yeni quyu istismara verilib
  21 Dekabr 2015    Oxunub:1678
“Neft Daşları” yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib.
AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2317-2308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Teqlər:  





Xəbər lenti