Rayonlarda vəziyyət necədir? - Devalvasiyadan sonra
Paytaxtla yanaşı bölgələrdə də süni bahalaşma hiss olunur.
AzVision.az-ın əldə etdiyi məlumata görə, İsmayıllı, Şamaxı, Gəncə, Qəbələ, Oğuz və digər rayonlarda siqaretin qiyməti süni şəkildə qalxıb. “Kent” və digər siqaret markalarının qiymətində 50 qəpiyədək artım qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə başlayıb.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. İndi bir dollar 1,5500 manat olub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib. Bu bahalaşma Rusiya valyutasından da yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.
AzVision.az