Dollar bir az da bahalaşdı - Məzənnə

Dollar bir az da bahalaşdı - Məzənnə
  22 Dekabr 2015    Oxunub:7471
Azərbaycan Mərkəzi Bankının dekabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi 1,5511 (21 dekabr - 1,5500 manat) manat təşkil edib.
AzVision.az-ın məlumatına görə, manata nəzərən avronun məzənnəsi isə 1,6939 manat (21 dekabr - 1,6850 manat) olub.

Qeyd edək ki, ötən gün Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və dolların qiyməti 50 faiz bahalaşaraq 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat olub.



AzVision.az


Teqlər:  





Xəbər lenti