“Antiterror əməliyyatı Azərbaycanın haqqıdır” – Rusiyalı politoloq

   “Antiterror əməliyyatı Azərbaycanın haqqıdır” –    Rusiyalı politoloq
  19 Sentyabr 2023    Oxunub:5632
“Hazırkı antiterror tədbiri Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq üçün suveren haqqıdır. Rusiya sülhməramlıları sadəcə, bu tədbirlərin mülki obyektlərə və mülki əhaliyə ziyan vurmamasına nəzarət edəcəklər”.
TSQ daha 8 terrorçunu məhv edib - VİDEO
Bu sözləri AzVision.az -a açıqlamasında rusiyalı politoloq Dimitri Solonnikov deyib. O bildirib ki, Rusiya antiterror əməliyyatına müdaxilə etməyəcək.

- Üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. İndi baş verən həmin prosesdir. Sülhməramlılar buna qarışmalı deyillər. Əsas odur ki, mülki əhali ziyan çəkməsin. Qanunsuz hərbi birləşmələr isə Azərbaycan ərazisindən çıxarılmalıdır,- politoloq vurğulayıb.

Bu şərhi də oxuyun:
Əgər Paşinyan Azərbaycana ordu göndərsə... – Rusiyadan baxış

Samir Vəliyev
Tariyel Həsənov




Teqlər: Antiterror   Qarabağ  





Xəbər lenti