Çin alimləri "Mars okeanı" ilə bağlı tutarlı fakt aşkarlayıblar

Çin alimləri "Mars okeanı" ilə bağlı tutarlı fakt aşkarlayıblar
  25 Fevral 2025    Oxunub:337
Çin alimləri Marsa göndərilmiş "Çjujun" aparatının qırmızı planetdə topladığı okean məlumatlarını yenidən təhlil ediblər.
Elm adamları belə qənaətə gəliblər ki, onlar dəqiq şəkildə Marsda qədim okeanın sahilini kəşf ediblər. Bu barədə Amerikanın PNAS elmi jurnalı məlumat yayıb.

Marsda qədim okeanın sahil zolağı aşkarlanıb
"Alimlərin sözlərinə görə, onların əldə etdikləri tapıntılar təkcə qırmızı planetin şimal sahəsində qədim okeanın mövcudluğunu təsdiq etməyib. Bu, həm də Marsın ətraf mühitinin təkamülü haqqında mühüm fikirlər ortaya qoyub. Beləliklə, "Utopia Planitia" adlandırılan bölgənin cənubundakı ərazilər qədim okean dalğaları tərəfindən əmələ gəlmiş qum və çınqıldan ibarət sahil qalıqları artıq ehtimal sayılmır", - nəşr yazıb.

Mars aparatı tərəfindən toplanan radiolokasiya məlumatları hətta "Utopia Planitiya"nın cənub hissəsinin yeraltı hissəsində geniş yataqlar da aşkar edib. Bu çöküntülər Yerdəki sahil çöküntülərinin quruluşuna bənzər bir formaya malikdir: "Bu faktın özü də keçmişdə bizə yaxın olan bu planetin şimal sahəsində okeanın olduğunu göstərir".

Xatırladaq ki, ötən ilin noyabrında “Çjujun” qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olması nəzəriyyəsini dəstəkləyən yeni dəlillər aşkar etmişdi. Cihaz həmin vaxtı da sahil xəttinin mümkün izlərini tapmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mars   Okean  





Xəbər lenti