NASA NEO Surveyor teleskopunu işə salmaq üçün SpaceX-i seçdi

NASA NEO Surveyor teleskopunu işə salmaq üçün SpaceX-i seçdi
  25 Fevral 2025    Oxunub:306
NASA Yerə yaxın kosmik obyektlərin axtarışı və qeydə alınması üçün nəzərdə tutulmuş NEO Surveyor kosmik teleskopunu işə salmağa hazırlaşır. Bunun üçün NASA SpaceX-i seçib.
Bu barədə “Space News” nəşri məlumat yayıb.

NASA: Asteroidin Yerlə toqquşma ehtimalı 1,5%-ə enib
NEO Surveyor kosmik aparatı 2027-ci ilin sentyabrında Floridadan Falcon 9 raketi ilə buraxılacaq. NASA və SpaceX arasında müqavilənin dəyəri 100 milyon dollardır. Cihaz Yer-Günəş sisteminin planetdən 1,5 milyon kilometr uzaqlıqda ulduz istiqamətində yerləşən L1 Laqranj nöqtəsində işləyəcək.

Bundan öncə NASA NEO Surveyor kosmik teleskopunun hazırlanmasını və onun 2028-ci ilə qədər kosmosa buraxılmasını təsdiqləmişdi. Bahalı qurğunun yarım metrlik infraqırmızı teleskopu olacaq və o, orbitləri Yerə yaxın olan asteroidləri "ovlayacaq". NEO Surveyor 1,2 milyard dollara başa gələcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NASA  





Xəbər lenti