Neftin qiyməti 36 dollara düşdü – Anti-rekord
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 0,54% və ya 0,20 dollar azalaraq 36,86 dollara düşüb. Bu arada ticarət əməliyyatları zamanı neftin qiymətləri 7 illik minimuma düşərək 38,88 dollar olub.
WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 1,37% və ya 0,48 dollar geriləyərək bir barel üçün 36,28 dollar təşkil edib.
Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 36 dollar 78 il əvvəl olub.
Eldar Tanrıverdiyev
AzVision.az