SOCAR: Neft satışında problem yoxdur

SOCAR: Neft satışında problem yoxdur
  23 Dekabr 2015    Oxunub:2545
Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə report-a SOCAR-dan məlumat verilib.

““Azeri Light” markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir. Ötən illər ərzində SOCAR “Azeri Light” neftinin satış bazarını kifayət qədər yaxşı inkişaf etdirə bilib. Müxtəlif regionlardan olan istehlakçılar daimi əsaslarla Azərbaycan neftini almağa üstünlük verirlər”, - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, bəzi KİV-lərdə dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya "Azeri Light" neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti