Bu dəqiqələrdə dünya birjalarında neftin bareli 1 dollara yaxın bahalaşıb.
AzVision.az "Bloomberg"ə istinadən xəbər verir ki, dünya bazarında üstünlük təşkil edən Brent və Qərbi Texas markalı neftin bir barelinin dəyəri qəfil artmağa başlayıb. Artım son yarım saatda 1 dollara yaxındır. Hazırda birjalarda Brent markalı neftin bareli 37,65, Qərbi Texas markalı neftin bareli isə 37,70 dollar civarındadır.