Sürücülərin nəzərinə: Bu yolda tıxac var

Sürücülərin nəzərinə: Bu yolda tıxac var
  30 Dekabr 2015    Oxunub:2078
Bu gün səhər saatlarında Ziya Bünyadov prospekti (20 Yanvar Dairəsi istiqamətində) və Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə AzVision.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib.

Eyni zamanda Üzeyir Hacıbəyov küçəsi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı) avtomobillərin hərəkətində sıxlıq yaranıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti