Dərbənddə turistlərə hücum-ölən var
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən Dərbənd şəhərində baş verib.
Turist qrupuna atılan atəş nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Artıq faktı Dağıstan Səhiyyə Nazirliyi də təsdiqləyib. Nazirlik yaralanan şəxslərin sayının 11 nəfər olduğunu bildirib:
“Bunlardan 4-nün vəziyyəti ağırdır. Turistlərdən 1-i artıq həyatını itirib”.
AzVision.az