ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı bəlli oldu

ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı  bəlli oldu
  31 Dekabr 2015    Oxunub:1540
ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında gedən məhkəmə çəkişməsi davam edir.
"Report"un məlumatına görə, şirkət bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində baxılacaq məhkəmə işinin vaxtı açıqlanıb. Yanvar ayının 8-də keçirləcək iclasa hakim Sərvət Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Teqlər:





Xəbər lenti