İslandiya prezidenti istefa verdi

İslandiya prezidenti istefa verdi
  03 Yanvar 2016    Oxunub:2569
İslandiya prezidenti Olavur Raqnar Qrimsson vəzifəsindən istefa verib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı istefaya getdiyini xalqa müraciətində açıqlayıb.

Məlumata görə, 72 yaşlı Olavur Raqnar Qrimsson 1996-cı ildən bəri beş dəfə prezident seçilib.

Dövlət başçısı istefa verdiyinə görə, iyunda İslandiyada növbədənkənar prezident seçkisinin keçirilməsi gözlənilir.


Teqlər:





Xəbər lenti