Türkiyə Rusiyanı şikayət edəcək

Türkiyə Rusiyanı şikayət edəcək
  04 Yanvar 2016    Oxunub:6142
Ankara Rusiya barəsində Ümumdünya Ticarət Təşkilatına şikayət etməyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, Rusiyanın Türkiyəyə qarşı sanksiyalar irəli sürməsi ikincinin biznesinə əhəmiyyətli dərəcədə zərər vurur. Şikayət də məhz sanksiyaların tədbiqi ilə bağlı olacaq. Rusiya mətbuatında yer alan məlumata görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş məlumat verib.

Onun sözlərinə əsasən, hazırda sübutların toplanılması üzrə iş gedir. "Beynəlxalq məhkəmədə bütün zərər çəkənlərin hüquqları bərpa olunacaq. Ticarətin mənəvi əsasları olmalıdır".

Rusiyanın məhdudlaşdırıcı tədbirlərindən sonra Türkiyənin həm ərzaq, həm də turizm sektoru xeyli ziyana uğrayıb. Amma Ankara baş verənlərdən sonra sakit dayanmaq fikrində deyil, o, bundan sonra ixracını digər ölkələrə yönəltmək fikrindədir. Türkiyə, əsasən, mallarını Afrika ölkələrinə, xüsusən, Keniya və Nigeriyaya ixrac etməyi planlaşdırır.

Bundan əvvəl isə Rusiya iqtisadi inkişaf naziri Aleksey Lixaçov belə bir proqrozla çıxış edib ki, Moskva və Türkiyə arasında ticarət dövriyyəsi Rusiyaya 18-19 milyard dollar gəlir gətirib. Bu da son illər üçün heç də az göstərici deyil.

Rusiya və Türkiyə arasında belə gərgin münasibətlər noyabrın 24-dən sonra yaranmağa başlayıb. Türkiyə qırıcıları Surioya ilə sərhəddə Rusiyanın Su-24 təyyarəsini vurub. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini desə də, Rusiya bu iddiaları rədd edərək, bunu "arxadan vurulan zərbə" adlandırıb.

Elə bu səbəbdən də Rusiya Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı qanunlar hazırlayıb və yanvarın birindən bunlar qüvvəyə minib. belə ki, yeni ildən ölkəyə Türkiyə məhsullarının gətirilməsi qadağan edilib, çarter avireysləri ləğv edilib, vizasız gediş-gəliş dayandırılıb, Rusiya biznesmenlərinə türk vətəndaşlarını işə götürmək qadağan olunub.


Teqlər:





Xəbər lenti