Şamaxıda 23 yaşlı gənc donub öldü
Kənd sakini, 1992-ci il təvəllüdlü Mixail Vladimiroviç Belyayev gecə saatlarında qardaşı ilə spirtli içki qəbul edib. Daha sonra Mixail sərxoş vəziyyətdə həyətə düşüb və ayağı sürüşərək yıxılıb. Yıxıldığı yerdən ayağa qalxa bilməyən 23 yaşlı gənc soyuqdan donaraq ölüb.
Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Dünən Masallıda 36 yaşlı kişi donaraq ölüb. Səhər saatlarında kənd camaatı tikinti materialları satış bazarının arxa hissəsində naməlum kişi meyiti olduğu barədə polisə məlumat verib.
Araşdırmalar zamanı donan şəxsin Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib.
Polis idarəsindən onu da bildirdilər ki, Şahin Quliyev gecə saat 04 radələrində sərxoş vəziyyətdə evdən çıxıb və yolda gedərkən yıxılıb və yıxıldığı yerdə soyuqdan donub.