TAP dünyanın ən böyük 10 layihəsi sırasında

TAP dünyanın ən böyük 10 layihəsi sırasında
  07 Yanvar 2016    Oxunub:3971
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi iqtisadi əhəmiyyətinə görə dünyanın əsas 10 investisiya layihəsinin siyahısına daxil edilib.

TAP layihəsi həmin siyahıda 7-ci sırada qərarlaşıb. Siyahıda ilk yeri isə Yaponiyanın Osaka və Tokio şəhərləri arasında çəkilmiş maqnit dəmir yolu xətti layihəsi tutub. Bu, dünyanın ən bahalı dəmir yolu xəttidir.

Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).


Teqlər:





Xəbər lenti