“Bank Respublika” filiallarını bağladı

“Bank Respublika” filiallarını bağladı
  09 Yanvar 2016    Oxunub:2728
Xidmət şəbəkəsində effektivliyin artırılması məqsədilə 1 fevral 2016 il tarixindən etibarən Bank Respublika Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini dayandırır.
Bankdan modern.az saytına verilən məlumata görə, ölkənin maliyyə sistemində yaranmış vəziyyəti, həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, bank onların bağlanması haqqında qərar verib.

Bununla yanaşı, Şəki, imişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri (əmanətlər, kreditlər, plastik kartlar, hesablar və digər bank xidmətləri) aşağıdakı qaydada yerinə yetiriləcək:

İmişli filialı – Şirvan filialı (Ünvan: Şirvan ş, 20 Yanvar küç, 26А / Telefon: (+99421) 215 66 88 )

Şəki filialı - Qax filialı (Ünvan: Qax ş., İ.Mustafayev küç, 3 / Telefon: (+994 24) 255 52 20)

Göyçay filialı – Yevlax filialı (Ünvan: Yevlax ş, H.Əliyev pr, 12 / Telefon: (+994 22) 336 23 42, (+994 22) 336 23 47 )

Eyni zamanda, öz inkişaf strategiyasına sadiq qalaraq, bank müştərilərə xidmət səviyyəsinin daim yaxşılaşdırılmasına, göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə aşağıda sadalanan xidmət növlərini istifadəyə verib:

- Qısa müddətdə istifadəçilərin rəğbətini qazanmış “İnternet Şöbəsi” (www.bankim.az) vasitəsilə geniş çeşiddə bank məhsullarından faydalanmaq imkanı;

- “Cash-in” funksiyalı bankomatlar şəbəkəsi;

- Kredit borclarını bankomat və bankın rəsmi səhifəsində “cari hesaba mədaxil” xidməti vasitəsilə onlayn ödəməyə imkan yaradan xidmət;

- Vəsaitlərin cari hesaba yatırılması əməliyyatlarının MilliÖN və eManat terminalları vasitəsilə həyata keçirilməsi və digər xidmətlər;

- e-Manat terminallarının geniş şəbəkəsi vasitəsilə “Vektor” pulköçürmə sistemi Bakı və bölgələrə sutka ərzində istənilən vaxt pul vəsaitlərini təcili köçürmək imkanı verir.


Teqlər:





Xəbər lenti