Çin dollar satışını kəskin azaldır

Çin dollar satışını kəskin azaldır
  09 Yanvar 2016    Oxunub:2929
Rəsmi Pekin ölkədən kapital axınının qarşısını almağa çalışır.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” öz mənbələrinə istinadən yazıb. Qeyd edilib ki, bunun üçün Çin hakimiyyəti kommersiya banklarına fiziki şəxslər və şirkətlərə ABŞ dollarının satışının məhdudlaşdırılmasına dair xüsusi tapşırıq verib.

Mənbə iddia edir ki, əsas narahatlığa səbəb ABŞ dolları və Şanxay, eləcə də Şençjendə Honkonq dollarına tələbatın kəskin artmasıdır. Şanxayda ilkin sifariş olmadan bankda orta təbəqəli müştəri gün ərzində 5 min dollardan artıq valyuta ala bilməz. Bundan başqa dolların satış miqdarı ilə bağlı bir həftəlik limit qoyulub. Qeyd edək ki, fiziki şəxs bir ildə Çindən 50 min dollardan artıq vəsait çıxara bilməz.

Şirkətlər isə süni məhdudiyyətlərdən qurtulamq üçün müəyyən vasitələrdən istifadə edir. Onlar fərdi vəsaitləri korporativ valyuta əməliyyatlarına daxil edir, saxta sövdələşmələr, gizli transfer agentlərin xidmətlərindən istifadə edirlər. Dövlət qurumları da bu cür addımlara qarşı tədbirlər görməyə başlayıb.

Qeyd edək ki, 2015-ci ilin iyun ayının 30-da Şanxay birjasında dolların məzənnəsi 6,59 yuana kimi artıb. Bu isə son 20 ilin ən maksimal göstəricisidir. Bir il ərzində isə Çin valyutası 4,4% ucuzlaşıb.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti