BP-dən Azərbaycandakı ixtisarlar barədə Açıqlama - VİDEO

BP-dən Azərbaycandakı ixtisarlar barədə Açıqlama - VİDEO
  14 Mart 2016    Oxunub:2366
“Azərbaycanlı işçiləri ixtisara salmaq kimi bir planımız yoxdur”.
AzVision.az xəbər verir ki, bunu ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olan BP şirkətinin Azərbaycan, Türkiyə, və Gürcüstan üzrə regional prezidenti Qordon Birel deyib.

Dünyada hökm sürən iqtisadi böhran şəraitində xərclərin azldılmasının vacibliyindən danışan qonaq bunun üçün başqa yolların mövcudluğunu bildirib. Uzun illərdir azərbaycanlı işçilərin inkişafına, onların ixtisasının artırılmasına sərmayələr qoyulduğunu, çoxlu ixtisas artırma proqramlarının təşkil edildiyini söyləyən Qordon Birel azərbaycalıların çoxusunu həmin proqramlardan keçirildiyini diqqətə çatdırıb.

Bu proqramların keçirilməsində əsas məqsədin gələcəkdə azərbaycanlıların əcnəbi işçiləri vəzifələrdə əvəz etmələri olduğunu bildirən qonaq deyib: “İndi elə bir məqam gəlib ki, keçmişdə azərbaycanlı işçilərə qoyduğumuz sərmayələrdən yararlanırıq. Çoxlu əcnəbi işçiləri artıq öz ölkələrinə göndərmişik. Onların tutduqları yüksək vəziflərə azərbaycanlıları təyin edirik. Bundan başqa azərbaycanlıların yüksək vəzifə tutmasını təmin edən proqramlarımız var”,- deyə Qordon Birel əlavə edib.

Daha sonra TAP layihəsinin təməl qoymasının təxirə düşməsindən danışan qonaq bildirib ki, Cənub Qaz Dəhlizinin 3 iri hissədən- Cənub qaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP-dan ibarətdir. BP nümayəndəsi TAP layihəsinin sonuncu olmasına baxmayaraq mühüm bir hissə olduğunu söylədi.

BP-nin TAP layihəsində 20% payının olduğunu söyləyən Qordon layihənin irəli gedəcəyini və vaxtında hazır olacağını diqqətə çatdırdı.

“TAP layihəsinin təməlqoyması tezliklə baş tutacaq. Biz inanırıq ki, bu layihə irəli gedəcək və vaxtında hazır olacaq. Çünki 2020-ci ildə "Şahdəniz 2" layihəsi ilə Avropaya qaz çatdırmağı planlaşdırırıq. Bu ildən əsas gözləntimiz odur ki, bu il TAP-ın tikintisinə başlanmalıdır. Gərək Türkiyə hisəsi ilə vaxtında birləşdirilsin ki, 2020-ci ildə ilk qazı İtaliyaya çatdırmaq mümkün olsun”,- deyə qonaq diqqətə çatdırıb.





AzVision.az


Teqlər:





Xəbər lenti