Neftin taleyi harada həll olunacaq?
Novak bəyan edib ki, OPEK-in iştirakı ilə neft ixracatçısı ölkələrinin görüşü 20 mart - 1 aprel tarixləri arasında keçirilə bilər.
Bununla yanaşı, görüşün Doha, Vyana və Rusiyada keçirilməsi variantları nəzərdən keçirilir.
Qeyd ki, İran hələ neft hasilatının dondurulması barədə razılaşmaya qoşulmaq barədə razılıq verməyib. İran hasilatı gündə 4 milyon barel neft səviyyəsində dondurmağa hazırdir. Rəsmi Tehran məhz Qərb tərəfindən sanksiyalar tətbiq edilənə qədər bu həcmdə neft hasil edib.
Eldar Tanrıverdiyev
AzVision.az