Bankların məcburi ehtiyat norması dəyişir
Dəyişiklik məcburi ehtiyatların normasının dəyişməsi ilə bağlıdır. Qaydaya əsasən hazırda məcburi ehtiyatların norması bütün depozitlər, eləcə də hesablama bazasının bütün həcmləri üzrə 0,5%-dir. Dəyişikliyə əsasən bu il mayın 1-dən məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olacaq.
AzVision.az
Teqlər: