FES-in qərarı manata təsir edəcəkmi?

FES-in qərarı manata təsir edəcəkmi?
  17 Mart 2016    Oxunub:4236
Ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb.

Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb və paralel olaraq neftin qiymətinin qalxdığı müşahidə olunur.

FES-in qərarı manata necə təsir edəcək?

İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişməyəcəyi öncədən proqnozlaşdırılırdı, bu baxımdan qərar gözlənilən idi.

Ekspertin sözlərinə görə, FES-in uçot dərəcəsi ilə bağlı son qərarı manata təsir göstərməyəcək.

“İndiki məqamda uçot dərəcəsinin stabil qalması bazardakı mövcud status-kvonun qorunub saxlanması deməkdir. Mərkəzi Bank Azərbaycanda valyuta bazarında yenə də aparıcı qurumdur və proseslərə təsir göstərir. Bu baxımdan FES-in qərarı Azərbaycan maliyyə bazarına ciddi təsir göstərməyəcək. Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Azərbaycana dünya bazarında neftin qiymətinin dəyişməsi, FES-in qərarlarından daha çox təsir edir”.

V.Bayramov qeyd edib ki, Azərbaycanda manatın məzənnəsinin dəyişməsi FES-in qərarından yox, birbaşa Mərkəzi Bankın qəbul etdiyi qərarlardan asılıdır. Çünki Mərkəzi Bank praktik olaraq bazara təsir edir: “Manatın məzənnəsinin kəskin dəyişməsi yalnız Mərkəzi Bankın öz siyasətini dəyişməsi halında mümkündür”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti