Mərkəzi Bankla bankların məhkəmə çəkişməsi
Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin olunmayıb. “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin ərizələri təmin olunub.
Azərbaycan Respublikası Mərkəzi Bankının şikayətinə aprel ayının 1-də Bakı Apelyasiya Məhkəməsində hakim Ağayev Valeh Məmməd oğlu sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.
“AtraBank” və “Qafqaz İnkişaf Bankı” AMB-nin qərarından məhkəməyə şikayət edib.
Gültəkin Ələsgər
AzVision.az