Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

   Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib
  12 Aprel 2025    Oxunub:551
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib.
AzVision.az xəbər verir ki, plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.



AzVision.az



Teqlər:





Xəbər lenti