Dollar kreditləri ilə bağlı gözlənilməz AÇIQLAMA
Lisenziyası ləğv olunan "Gəncə Bank" ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur.
Elman Rüstəmov həmçinin banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib: `Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik`.
AzVision.az