Xarici borclanmanın xeyri nə olacaq?

Xarici borclanmanın xeyri nə olacaq?
  28 Yanvar 2016    Oxunub:2846
“Azərbaycanın xarici borclanmaya getməsi valyuta bazarında dollar təklifinin artmasına və manatın məzənnəsinə olan təzyiqin aradan qaldırılmasına imkan verəcək”
Bunu AzVision.az-a iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert Azərbaycanın 4 milyard borc almasının hazırki durumda düzgün addım olduğunu qeyd edib.

“Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycana borc verməkdə maraqlı olduğunu bildirib. Hazırda danışıqlar aparılır. Cari tələblərin ödənilməsi üçün xarici valyutanın cəlb edilməsinə ehtiyac var idi”.

V.Bayramov hesab edir ki, xarici boclanma real sektora isti pulların daxil olmasına imkan verəcək: “Təklif edirik ki, cəlb edilən xarici borc konversasiya olunduqdan sonra sahibkarlara güzəştli kreditlər verilsin. Orta və kiçik sahibkarlar həmin kreditlərdən istifadə etməklə investisiya etmək imkanı qazanacaqlar. Hesab edirəm ki, xarici borcdan kiçik və orta sahibkarlara illik 3 faiz olmaqla 7 il müddətinə güzəştli kredit verilməlidir.

Xarici borcların istifadəsində əhəmiyyətli məsələlərdən biri də borcların şəffaf və səmərəli istifadə olunmasıdır. Güzəştli kreditlərin verilməsi yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığını aradan qaldırılması üçün mühüm addımdır”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti