Azərbaycanda daha bir bank bağlanır

Azərbaycanda daha bir bank bağlanır
  29 Yanvar 2016    Oxunub:3419
Mərkəzi Bank ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.
AzVision.az xəbər verir ki, “Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanları qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq:

“Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.


Teqlər:





Xəbər lenti