Azərbaycan 4 milyard borc alacaq - Komitə sədri

Azərbaycan 4 milyard borc alacaq - Komitə sədri
  29 Yanvar 2016    Oxunub:4926
Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kredit cəlb edilməsi ilə bağlı danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökümətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.

Maliyyə naziri Samir Şərifov isə ötən gün verdiyi açıqlamada Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bildirib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti