“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı keçib

“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı keçib
  02 Fevral 2016    Oxunub:2252
“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.
AzVision.az xəbər verir ki, bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Zukerberqin sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencer abunəçilərinin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, - deyə Zukerberq vurğulayıb.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti