Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
  02 Fevral 2016    Oxunub:2099
Bakıda mənzildən kişi meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə İqnatiyev Aleksandrın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və A.İqnatiyevin cəsədini aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 14:37-də başa çatıb.​


Teqlər:  





Xəbər lenti