“Azəriqaz”dan etiraz edənlərə yekun cavab

“Azəriqaz”dan etiraz edənlərə yekun cavab
  27 May 2014    Oxunub:1380
“Qadınlara bildirişlər paylanılmışdı ki, tutduğunuz ştatlar ixtisar olunacaq”.
“Azəriqaz” İstehsalat Birliyi ixtisara düşən işçilərin narazılıqlarına aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, “Azəriqaz” da aparılan struktur dəyişikliyi ilə bağlı 136 nəfər ixtisar olunub:

“”Azəriqaz”da strukturun təkmilləşdirilməsi gedir. Qəza dispetçer xidmətləri Bakı şəhəri və Abşeon rayonu üzrə rayon qaz istismar sahələrinin tərkibində ləğv olunur, əvəzində “Azəriqaz”ın təmir-tikinti idərəsinin tərkibində mərkəzləşdirilmiş qurum yaradılır. Bununla bağlı da hansı ştatlar ləğv olunursa, əmək qanunvericiliyinə müvafiq olaraq. onlara bildirişlər paylanılır”.

Mətbuat katibi daha sonra ixtisara düşən xanım əməkdaşların şikayətlərinə münasibət bildirib. Qeyd edib ki, mart ayının sonlarından həmin qadınlara da bildirişlər paylanılıb ki, sizin tutduğunuz ştatlar ixtisara düşür.

“Burada kimsə nə təhsilinə görə, nə də qadın, kişi olduğuna görə fərqlənilir”.

Qurum sözçüsü bildirib ki, ötən həftə ixtisara düşən qadınlar “Azəriqaz”ın baş direktorunun muavinin qəbulunda olub. Baş direktorun müavini və hüquq departamentinin rəhbərliyi onlara bu barədə izahat veriblər.

“Ümumilikdə, 136 xətt baxıcısı ştatı ləğv olunub. Bura isə təxminən 25 qadın şikayətə gəlmişdi”.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin bir qrup işçisi ixtisarlarla bağlı mətbuat konfransı keçiriblər. İxtisar olunan işçilər baş verənlərə etiraz edərək “Azəriqaz” rəhbərliyini suçlayıblar. Onlar bildiriblər ki, işini itirənlər əsasən qadınlardır və onlara heç bir güzəşt tətbiq olunmur.
Qeyd edilib ki, orta təhsilli kişilər işlərində qaldıqları halda, ali təhsilli qadınlar işdən çıxarılır. Onlara iki ay əvvəldən ixtisar olunacaqları barədə bildiriş verilsə də, burada işlə təmin ediləcəkləri göstərilib.
Ancaq sonradan buna əməl edilməyib və işçilərə öz ərizələrinə əsasən işdən çıxmaq təklif edilir: “Bu, əslində təklif deyil, onlar bizi məcbur edirlər”.

İşdən çıxarılan qadınlar dövlət başçısından tutmuş, bir çox instansiyalara müraciət etdiklərini və cavab gözlədiklərini bildiriblər: “Dövlət başçısından kömək gözləyirik”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti