Ermənistanda 4,6 bal gücündə zəlzələ olub

Ermənistanda 4,6 bal gücündə zəlzələ olub
  08 Mart 2025    Oxunub:764
Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, Ermənistanda baş verən zəlzələ Kars vilayətində də hiss olunub.

Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın bəzi qərb rayonlarında da hiss edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti