Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  08 Mart 2025    Oxunub:762
Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının onun etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər: Sumqayıt   dələduzluq   saxlanma  





Xəbər lenti