Şərifulla “Krokus Siti Hall” terrorunda əli olduğunu etiraf edib

Şərifulla “Krokus Siti Hall” terrorunda əli olduğunu etiraf edib
  08 Mart 2025    Oxunub:697
ABŞ Ədliyyə Nazirliyi dörd il əvvəl Kabil hava limanında baş vermiş partlayışın təşkilində şübhəli bilinən Məhəmməd Şərifullanın saxlanıldığını bildirib.
Nazirliyin məlumatına görə, o, Moskvanın “Krokus Siti Hall” konsert zalında törədilmiş terror aktının icraçılarına təlimat verdiyini etiraf edib.

ABŞ Prezidenti Donald Tramp onun saxlandığını Konqresə müraciəti zamanı elan edib və M. Şərifullanın Əfqanıstandan ordunun çıxarılması zamanı ABŞ hərbçilərinin həlak olmasında əli olduğunu deyib. Daha sonra Ağ Evdən bildirilib ki, saxlanılan şəxs hava limanlarına və Rusiyada, həmçinin İranda törədilmiş digər hücumlarda iştirakını etiraf edib. O, bu ifadələri FTB agentlərinin keçirdiyi dindirmə zamanı da təsdiqləyib.

"Krokus Siti Hall"da terror aktı 2024-cü ilin martında baş verib və çoxlu sayda insanın həlak olmasına və yaralanmasına səbəb olub. İstintaq çərçivəsində birbaşa icraçılar və onların ortaqları da daxil olmaqla, 20-dən çox şəxs saxlanılıb.

İstintaq davam edir və hüquq-mühafizə orqanları M. Şərifulla və onunla əlbir olmuş şəxslərin əməllərinə bağlı olan bütün halları və əlaqələri müəyyənləşdirmək üzərində çalışır.
AzVision.az



Teqlər:





Xəbər lenti