Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb
  07 Mart 2025    Oxunub:788
Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

AzVision.az



Teqlər:





Xəbər lenti