Mirqədirovun şikayəti təmin edilmədi

Mirqədirovun şikayəti təmin edilmədi
  28 May 2014    Oxunub:969
Səbayel Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun ailə üzvləri ilə görüşə və telefon əlaqəsi yaradılmasına müstəntiq tərəfindən qoyulan məhdudiyyət qərarının ləğv edilməsi barədə şikayətə baxılıb.
Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, prosesdə R. Mirqədirovun vəkilləri çıxış edərək, bildiriblər ki, müdafiə etdikləri şəxs atasının yas mərasiminə buraxıldığı üç gün ərzində özünü nümunəvi aparıb, hər hansı qanun pozuntusuna yol verməyib, istintaq sirrini yaymayıb. Vəkillər həmin qərarın ləğv edilməsini istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

E. Süleymanov məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini deyib.


Teqlər:





Xəbər lenti