İlham Əliyev: “Azərbaycanda sabitliyi qoruyacağıq”

İlham Əliyev: “Azərbaycanda sabitliyi qoruyacağıq”
  28 May 2014    Oxunub:906
“Biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq”.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində deyib.

Ölkə başçısı qeyd edib ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır.

“Biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur”-deyə prezident bildirib.

Dövlət rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan dövləti və hökuməti islahatlar apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir.

“Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər, - deyən dövlətimizin başçısı əlavə etmişdir ki, bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir”.


Teqlər:  





Xəbər lenti