Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də qadınlara dövlət səviyyəsində xüsusi dəyər verilir, gender bərabərliyi hər bir məqamda qorunur. Sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının dövlətimizin əldə etdiyi uğurlara töhfələrini xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev cəmiyyətimizdə və dövlətimizdə qadınların rolunun özünəməxsus və əvəzolunmaz olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də Azərbaycan xanımlarının müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər. Sonra mükafatlandırma mərasimi keçirilib, xanım əməkdaşlara hədiyyələr təqdim olunub.
AzVision.az