`Veysəloğlu` qiymət siyasətini açıqladı

`Veysəloğlu` qiymət siyasətini açıqladı
  18 Yanvar 2016    Oxunub:4077
`Son illər dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərib. Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir`.

Bu sözlər `Veysəloğlu` şirkətinin yaydığı press-relizdəndir. Şirkət bildirir ki, manatın `üzən məzənnə` siyasətinə keçməsindən sonra özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb.

`Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr var ki, Ulduz fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal edir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir`,- deyə şirkətdən bildiriblər.

Bəyanatda o da vurğulanıb ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz.



Teqlər:





Xəbər lenti