Gömrükdən daha bir yenilik - Video
Bunun üçün vətəndaşlar şəxsi kabinetə daxil olduqdan sonra Sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat düyməsini sıxaraq açılan səhifədə Yeni mal bəyan et bölməsini seçməlidirlər: “Üç bölmədən birincisi sürücü haqqında məlumat bölməsidir. Burada siz şəxsiyyətinizi təsdiq edən sənədi, nömrəsini, soyad, ad və ata adı, vətandaşlığı, ünvan və telefon nömrəsi bölmələrini düzgün doldurun.
İkinci bölmədəki doldurulacaq xanalar nəqliyyat vasitəsinə aid məlumatlardır. Bunlar nəqliyyatın növü, markası, dövlət nömrə nişanı, şassi, ban nömrəsi, buraxılış ili və mənsub olduğu ölkə başlıqlı xanalardır.
Son olaraq digər məlumatlar bölməsi doldurulmalıdır. Bu isə istiqamət, nəqliyyat marşrutu, ölkəyə giriş-çıxış ehtimal olunan sərhəd-gömrük məntəqəsi və təsdiq üçün şəkildəki kodu daxil etmə xanalarından ibarətdir”.