Sumqayıta bir milyard pul xərclənəcək

Sumqayıta bir milyard pul xərclənəcək
  18 Yanvar 2016    Oxunub:4347
Sumqayıt Kimya Sənaye Parkının 4 rezidenti tərəfindən sənaye parkının ərazisində istehsal müəssisələrinin yaradılmasına 1 mlrd. dollardan çox investisiyanın yatırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, hazırda sənaye parkının rezidenti olan “Azertexnolayn” MMC-nin Polad Boru, Polietilen Məmulatları və Texniki Avadanlıqlar zavodlarında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, metal tökmə üsulu ilə hidrotexniki siyirtmələr, yanğın söndürmə hidrantları və lyüklar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Bundan başqa, “Azertexnolayn” MMC tərəfindən Türkmənbaşı limanının tikintisi üçün Türkmənistana sıvay boruların satışı ilə bağlı ümumi dəyəri 40 mln. dollar, Türkmənistanda su borularının dəyişdirilməsi və yenilərinin çəkilməsi ilə əlaqədar 20 mln. dollar olan müqavilələr imzalanıb. Sənədə əsasən, il ərzində Türkmənistana 25 min ton su borusunun ixracı nəzərdə tutulur.

“SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkınında Kanadanın “LyondellBasell Varennes” texnologiyası əsasında 2018-ci ildən başlayaraq ildə 180 min ton polipropilen (PP) və Avstriyanın “Borealis Schwechat” texnologiyası əsasında ildə 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək. İstehsal olunacaq xammal (PP və HDPE) yüzlərlə kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcək.

Sənaye Parkının digər rezidentləri olan “AzerFloat” QSC ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr, “Azerbaijan Fibro Cement” MMC isə ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti