Timoşenkonu həbs edən hakim işdən qovuldu
Rəsmi açıqlamada bildirilib ki, hakim Timoşenkonu əsassız yerə həbs etməklə, ölkə qanunlarını pozub.
Qeyd edək ki, sabiq baş nazir Y.Timoşenko 2011-ci ildə vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittihamı edilərək tutulmuşdu. O, məhkəmənin hökmü ilə 7 il müddətinə həbs cəzasına məhkum edilmişdi. Timoşenko Ukraynada Yanukoviç hakimiyyəti devriləndən sonra azadlığa buraxılıb.
AzVision.az