Gürcüstandan avtomobil idxalı kəskin azalıb

Gürcüstandan avtomobil idxalı kəskin azalıb
  22 Yanvar 2016    Oxunub:1888
Azərbaycan ötən il ərzində gömrük bəyannamələri əsasında 21,960 mln. ton xam neft ixrac edib.

AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin məbləği 8,866 mlrd. ABŞ dolları təşkil edib. Belə ki, bu məbləğ 2014-cü ilin müvafiq dövründən 52 faiz azdır. 2015-ci ildə Azərbaycanın ümumi ixracında xam neftin payı 77,6 faiz olub.

Hesabat dövründə sayğac göstəriciləri əsasında isə boru kəmərləri və dəmir yolu nəqliyyatı ilə 32,520 mln. ton xam neft nəql olunub. 2015-ci ildə sayğac göstəriciləri əsasında ixrac olunan xam neftin 26,678 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Eyni zamanda ötən il ərzində Azərbaycana 26 785 ədəd avtomobil idxal olunub. Bu, 2014-cü illə müqayisədə 36 583 ədəd yaxud 57,73 faiz azdır. Ölkəyə gətirilən avtomobillərin 816 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 23 765 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 961 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 243 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


Teqlər:  





Xəbər lenti