Ötən il Azərbaycana 11 milyard dollar sərmayə qoyulub
Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.
Ötən il ölkədə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günə kimi açılmış yeni iş yerlərinin sayı 1.4 milyonu keçib və onun da böyük əksəriyyəti daimi iş yerləridir. Xidmət rəisi deyib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olarq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir.
Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Müşavirədə,Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumasının əhəmiyyətinə toxunulub.Bu gün Azərbaycanın bölgədə nəqliyyat dəhlizlərinin yaradılmasından, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynamasından,ölkəmizin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzinə çevirlməsindən, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən və bu sahədə kifayət qədər böyük təcrübə qazanmasından danışılıb. Artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunan ölkəmizin I Avropa Oyunlarını uğurla keçirməklə dünya idman tarixində yeni bir səhifə açdığı, 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşdığı qeyd edilib.
Azərbaycanın “Böyük İyirmiliyin” Antalyada keçirilən sammitinə dəvət olunması respublikamızın regionda və beynəlxalq arenada oynadığı rola, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə, mühüm iqtisadi məsələlərin həlli sahəsində gördüyü işlərə verilən layiqli qiymət kimi səciyyələndirilib. Ölkədə iqtisadi yüksəliş üzərində formalaşan proseslərin ətraflı təhlil olunduğu hesabat müşavirəsində F.Nəbiyev açıqlayıb ki, bu sadalanan inkişafın nəticəsidir ki, Azərbaycan miqrasiya baxımından artıq mənşə ölkədən taranzit və təyinat ölkəyə çevrilib. Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.
Xidmət rəisi qeyd edib ki, respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı artımla yanaşı, Prezident İlham Əliyevin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin,dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi, deyilən fikrin əyani nümunəsidir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.