Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı
  25 Yanvar 2016    Oxunub:5955
“Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
Azərbaycan Mərkəzi Bankdan (MB) AzVision.az-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti