Neft yenidən ucuzlaşır

Neft yenidən ucuzlaşır
  25 Yanvar 2016    Oxunub:2057
Dünya bazarında neftin qiymətindəki dəyişənlik davam edir.
AzVision.az xəbər verir ki, bu gün London birjasında Brent neftinin bir barelinin dəyəri 32,81 dollaradək yüksəlsə də, sonradan kəskin eniş başlayıb. Brent neftinin qiyməti qəfil ucuzlaşmağa başlayıb və 31,03 dollaradək enib.

ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas nefti də ucuzlaşır. Bu neftin bir barelinin dəyəri 32,74 dollardan 31,25 dollara enib.


Teqlər:





Xəbər lenti