Nazirlik keçmiş məhbuslara pul payladı

Nazirlik keçmiş məhbuslara pul payladı
  25 Yanvar 2016    Oxunub:2200
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş 5.823 nəfərə birdəfəlik pul müavinəti verib.
Bu barədə AzVision.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, onlardan hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.

Hazırda nazirliyin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də belə şəxslərin sosial və peşə adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirəcək. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid olduqlarından məşğulluq orqanları tərəfindən onların müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı işləri də görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti