Quyruğu qırılan balinanı evtanaziya etdilər

Quyruğu qırılan balinanı evtanaziya etdilər
  26 Aprel 2022    Oxunub:2051
İnternetdə ürək dağlayan balina fotosu yayılıb. AzVision.az xəbər verir ki, xarici KİV böyük pərləri olan qayıqların dənizdə aşağı surətlə hərəkət etməsinin vacibliyi barədə çağırışlar edib. Bildirilir ki, əks təqdirdə fotoda göründüyü kimi bəzi heyvanları ölümcül zədələnə bilər.
"Dəniz canlılarının qorunması üçün qayıqların hərəkət intensivliyi də azalmalıdır. Kanar adaları sahillərində qayıq pərləri tərəfindən quyruğu kəsildikdən sonra bu balaca balina artıq üzə bilmir. O hətta köpək balığlarının hücumuna da məruz qalıb. Fransis Perez isə yerli vəhşi təbiət mərkəzindəki baytarlara şəkillər göndərib və artıq balinanı uzun çəkən ölümdən xilas etmək üçün evtanaziya ilə bağlı çətin qərar qəbul edilib. Qayıq turizminin başlaması və sürət qaydalarının olmaması belə heyvanlar üçün daimi təhlükədir. Sürət məhdudiyyətləri pərlərin balinalara toxunmasını azalda bilər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Balina  





Xəbər lenti