Ziya Məmmədovun təkzibinə təkzib

“Aynar Məmmədov istintaqa çağırılıbmı?” sualına o, “Xeyr. O, istintaqa çağırılmayıb”-deyə cavab vermişdi.
Nəqliyyat naziri sözügedən müsahibəsində mediyada qardaşı Elton Məmmədov və oğlu haqda xəbərlərin yayılmasında kimlərinsə maraqlı olduğunu da gizlətməmişdi. O, bu kampaniyanın arxasında Məmmədovlar ailəsini istəməyən qüvvələrin olduğunu diqqətə çatdırmışdı.
Nazirin açıqlamasından cəmi bir gün sonra Daxili İşlər Nazirliyi məsələyə rəsmi aydınlıq gətirdi. DİN Ziya Məmmədovun fikirlərini təkzib edərək Aynar Məmmədovun ifadə verdiyini təsdiq etdi.
Nazirliyin Mətbuat Xidmətindən bildirilir ki, nazir Ramil Usubova ünvanlanmış müraciətlərdə, kütləvi informasiya vasitələrində, habelə zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Məmmədov Aynar Elton oğlu istintaqa çağırılaraq ifadəsi alınıb, istintaq prosesində həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb.
Qeyd edilib ki, iş üzrə bütün xüsusatlar nəzərə alınmaqla istintaq davam etdirilir.
Anar RÜSTƏMOV